Ölkə

Yararsız məhsullar satışdan çıxarılıb

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

 


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.


Nazirlikdən

AZƏRTAC

-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Sabunçu, Yasamal rayonlarında, Sumqayıt, Ağdaş, Qazax, Quba, Qobustan, Balakən, Qəbələ, Füzuli, Ağdam şəhərlərində mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələr tətbiq olunacaq.