Dünya
Anspress
Milli.Az
Yaponiyadan Putinə rədd cavabı
Ölkənin baş naziri Moskvada keçirilən tədbirə qatılmayacaq
Yaponiyanın baş naziri
Sindzo Abefaşizm üzərindəki qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.
Anspress
-in məlumatına görə, İtar Tass xəbər verir ki, bu barədə ölkənin “Sankey” qəzeti hakimiyyətdə olan mənbələrə istinadən yazıb.
Onların sözlərinə görə, baş nazirin qərarı barədə rəsmi açıqlama apreldə veriləcək.
Qeyd olunur ki, Sindzo Abe ABŞ, Fransa və Almaniyanın rədd cavabını nəzərə alaraq bu qərara gəlib. Lakin qəzet əlavə edib ki, Sindzo Abenin rədd cavabı İkinci dünya müharibəsi ilə əlaqədar Rusiya ilə olan müqavilənin olmaması və Cənubi Kuril adaları ilə bağlıdır.
Milli.Az