Dünya

Yaponiya əjdahası ayılır - FOTO

Metbuat.az
İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Yaponiya ən böyük hərbi gəmisini istifadəyə verib. Su tutumu 19.500 ton olan "İzumo" helikopter daşıyan gəmisi artıq ölkənin Hərbi-Dəniz Qüvvələrinin tərkibindədir.
 
Milli.Az Yomiuri-yə istinadən bildirir ki, uzunluğu 248 metr, eni 38 metr olan gəmidə 470 nəfər xidmət edir. Desant birləşmələrinin hərbçiləri ilə birlikdə gəmidə 970 nəfər ola bilər.
 
"İzumo"da sualtı qayıqlara qarşı 7 və 2 axtarış-xilasetmə helikopteri var. "İzumo"da eyni vaxtda 5 helikopter enib-qalxa bilir.
 
Eyni zamanda, gəmidən ABŞ istehsalı olan "Osprey MV-22" konvertplanlarının daşınması üçün də istifadə olunması istisna edilmir.
 
Milli.Az