Yanuvoviç Krımda dəfn olunacaq?
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Baykalda boğularaq öldüyü iddia edilən kiçik oğlunun dəfn yeri açıqlanıb. ANS PRESS-in məlumatına görə, Ukraynanın "1+1" telekanalı öz mənbələrinə istinadən dəfnin Krımda dəfn ediləcəyini bildirib.
Kanalın məlumatına görə, vida mərasimində ailənin ən yaxın insanları və V.Yanukoviçin dostları iştirak edəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da kiçik Yanukoviçin ölümü ilə bağlı iiddialardan danışıb. O, deyib ki, Kremldə bu barədə hər hansı məlumat yoxdur.
Xatırladaq ki, Ukraynanın keçmiş prezidentinin ölümü haqqında məlumat ötən gün yayılıb. iddialara görə, onun idarə etdiyi mikroavtobus Baykalda batıb. Bu məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Maşında sürücü ilə yanaşı daha 5 nəfər olub.
Mənbə
ANS PRESS