Digər
Milli.Az
Yandırmaq üçün gətirdiyi odun partladı: yaralananlar var
APATovuzda fərdi yaşayış evində partlayış baş verib
-nın verdiyi məlumata görə, hadisə ötən axşam rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində Şirinovlar ailəsinə məxsus evdə qeydə alınıb.
Ev sahibi, 1964-cü il təvəllüdlü
Atlaz Mehvalı qızı Şirinovameşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb. Partlayış zamanı A.Şirinovanın həyat yoldaşı, 1960-cı il təvəllüdlü
Vahid Tapdıq oğlu Şirinovda qəlpə yarası alıb.
Yaralılar dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Milli.Az