Digər

Xortumlu uşaq görənləri şoka salıb (FOTO)

Metbuat.az

Hindistanda yeni doğulan körpə qız görənləri şoka salıb.



ANS PRESS-in məlumatına görə, ölkənin şimalında dünyaya gələn qızın üzü "fil xortumu"nu xatırladır. Onu görənlər, haqqında eşidənlər isə qızı Hindistanda müdriklik və gözəl sənətlər tanrısı, elmlər hamisi kimi qəbul edilən Qaneşaya bənzədiblər. Əhali körpəni Qaneşanın təcəllisi kimi qəbul edib və ziyarətə gələnlər ona müxtəlif hədiyyələr, pay gətirib, ona sitayiş ediblər.



Qızın atası Tambabu Sarveş "Times of India"ya müsahibə verəndə isə qeyd edib ki, onun günlük qazancı 5,17 dollardır. "Amma ümid edirəm ki, qızımın dünyaya gəlməsi bizim ailənin taleyində dəyişikliyə səbəb olacaq", - deyə ata qızının onların ailəsinə uğur gətirəcəyinə inandığını bildirib.









Mənbə
ANS PRESS