Dünya

Xomeneyi ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Metbuat.az

İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah

Seyid Əli Xameneyi

nin səhhəti pisləşib.



Modern.az

saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Xameneyi xəstəxanaya yerləşdirilib. Tehran xəstəxanalarından birinə yerləşdirilən ali dini rəhbərin vəziyyətinin kritik olduğu bildirilir.



76 yaşlı Xameneyinin ötən gündən xəstəxanalardan birinə yerləşdirilməsi haqda xəbəri rəsmi İran mənbələri susqunluqla müşayiət edirlər.



Seyid Əli Xameneyiyə prostat xərçəngi diaqnozunun qoyulduğu və xəstəliyin digər orqanlara da keçdiyi bildirilir.



Qeyd edək ki, Xameneyi ötən il Tehrandakı dövlət xəstəxanasında prostat əməliyyatı keçirmişdi.



Milli.Az