Ölkə
AZƏRTAC
Xocavənd rayon ictimaiyyətinin nümayəndələri Novruz bayramını əsgərlərlə birgə qeyd ediblər
Xocavənd, 19 mart,
AZƏRTACXocavənd rayon ictimaiyyətinin nümayəndələri Novruz bayramını əsgərlərlə birgə qeyd ediblər.
AZƏRTAC
xəbər verir ki, “N” saylı hərbi hissədə keçirilən bayram tədbirində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov əsgər və zabitləri bayram münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətdə -Vətənin müdafiəsində uğurlar arzulayıb.
Sonra hərbi hissənin şəxsi heyətinə bayram sovqatı və hədiyyələr verilib.
Rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri bayram konserti ilə çıxış edib.