Ölkə

Xızıda avtomobili yanmağa qoymadılar

Metbuat.az

Azərbaycan, Bakı, 27 mart /Trend/

Xızı rayonunda avtomobildə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Tıxlı kəndində vətandaşa məxsus “HYUNDAİ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az