Ölkə
Xırdalanda çoxmərtəbəli binada yanğın
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.
Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:32-də söndürülüb.