XİN: "Latviya Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır və tanımayacaq"
Latviya Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni heç vaxt tanımayıb və mayda keçiriləcək “seçkilər”i də tanımayacaq.
Bunu
Trend-ə Latviya Xarici İşlər Nazirliyindən (XİN) Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma "parlament seçkiləri" ilə bağlı ölkənin mövqeyini şərh edərkən deyiblər.
XİN-in mətbuat katibi
İvars Lasisbildirib: “Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə beynəlxalq hüquq və dövlətlərin suverenliyi və ərazi bütövlüyünün baza prinsipləri əsasında həll edilməlidir”.
Onun sözlərinə görə, Latviya ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına yönəlmiş danışıqları dəstəkləyir: “Latviya hesab edir ki, münaqişənin nizamlanması prosesində Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə birbaşa təmaslar çox vacibdir. Münaqişənin davamlı nizamlanmasının əldə edilməsinə yönəlmiş səylər davam etdirilməlidir”.
Milli.Az