Ölkə

Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlıq əlaqələri qurulmasına səbəb olar

Metbuat.az

Tehran, 8 mart,

AZƏRTAC

.


Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə əlaqədar hazırlanan konvensiyanın 6 bəndi razılaşdırılaraq qəbul edilib.


Bu sözləri Tehranda jurnalistlərin suallarını cavablandıran İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhmipur deyib.


Nazir müavini bildirib ki, Xəzər sahili dövlətlərin nümayəndələrinin martın 4-5-də Bakıda keçirdikləri müzakirələr faydalı olub. Mövqelərin prinsipcə yaxınlaşması müşahidə edilir. Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlıq əlaqələri qurulmasına səbəb ola bilər ki, bu da bütün tərəflərin mənafeyinə uyğundur.


İ.Rəhmipur diqqətə çatdırıb ki, müzakirələrdə ölkələrimiz arasında müşahidə olunan mövqe yaxınlaşması gələcəkdə danışıqların müsbət nəticələnməsinə əsas yaradır.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran