Digər

Xəzər dənizi balıqçını öldürdü

Metbuat.az
Xəzər dənizinin Şabran rayon ərazisindəki hissəsində balıqçı ölüb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, bu gün səhər saatlarında Şabran rayon Güləmli kənd sakini 58 yaşlı Şakir Sultanov motorsuz qayıqla dənizə çıxıb.
 
Günorta saatlarında yoldaşları Şakir Sultanovun cəsədini qayıqda aşkarlayaraq sahilə çıxarıb.
 
Hadisə yerinə Şabran rayon Prokurorluğu və Nəqliyyatda Baş Polis İdarəsi
Su polisi şöbəsinin əməkdaşları gəlib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az