Ölkə
Xələf Xələfov: Azərbaycan Xəzərin statusu məsələsinin Xəzəryanı dövlətlərin suverenliyi çərçivəsində həllinin tərəfdarıdır
Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Səba Ağayeva/
Azərbaycan Xəzər dənizinin statusu haqqında məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun təyin edilməsi haqqında ekspertlər qrupunun 39-cu iclasında deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az