Ölkə
Xanlar Vəliyevə “Əməkdar Hüquqşünas” fəxri adı verilib
[ 18 Mart 2015 18:50 ]
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Xanlar Vəliyevə “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, fəxri ad X. Vəliyevə prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə verilib.