Xaçmazda qorxulu anlar: yaralılar var
Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 5 km-də qeyd alınıb.
Xaçmaz istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Məmmədmövsüm Həbibovun idarə etdiyi “VAZ 21 07” markalı, 10 GB 702 nömrə nişanlı avtomobillə əks istiqamətdən gələn 1976-cı il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi "Opel" markalı, 40 BK 187 dövlət nömrə nişanlı maşın toqquşub.
Qəza nəticəsində sürücülər və 5 sərnişin ağır yaralanıb.
Yaralılar, Xaçmaz rayon Çuxuroba kənd sakinləri 1983-cü il təvəllüdlü Güldanə Babayeva, 2008-ci il təvəllüdlü Luminə Babayeva, 2014-cü il təvəllüdlü Səma Babayeva, 2009-cu il təvəllüdlü Aysel Babayeva və 1985-ci il təvəllüdlü Hakim Babayev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların bir ailənin üzvləri olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS, Aytəkin Alxaslı