Digər

WhatsApp-dan "iPhone" istifadəçilərinə müjdə

Metbuat.az

"iPhone" istifadəçiləri WhatsApp-la səsli zəng xidmətindən istifadə edə biləcək.



ANS PRESS-in məlumatına görə, Facebook-un F8 konfransında bu barədə açıqlama verilib. Belə ki, WhatsApp-ın iOS üçün səsli zəng xidməti funksiyası bir neçə həftə ərzində istifadəyə veriləcək.



WhatsApp qurucularından olan Brian Akton dünən qatıldığı bir paneldə mesajlaşma proqramı haqqında maraqlı açıqlamalar verib. O bildirib ki, əvvəllər şirkət daha çox Android sistem üçün əlavə funksiyalar hazırlayırdı.



Ancaq hazırda WhatsApp-ın iOS versiyası təkmilləşdirilir. "iPhone" istifadəçiləri çox qısa zamanda yeni səsli zəngli xidmətindən istifadə edə biləcəklər.


Mənbə
ANS PRESS