Digər

“Wall Street Journal”ın jurnalistinin meyiti çaydan tapıldı

Metbuat.az
Məşhur “Wall Street” qəzetinin itkin düşmüş jurnalistinin meyiti tapılıb.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, Deyvid Berdın meyiti ABŞ-ın Nyu-Cersi ştatında çaydan tapılıb. “Nyu-York Post”un məlumatına görə, çayda çimən iki nəfər Berda məxsusu olan qırmızı gödəkcə görüblər. Daha sonra polis meyiti aşkar edib. 55 yaşlı Berd bir il əvvəl parkda gəzmək üçün evdən çıxıb və geri qayıtmayıb. Meyitin kimliyi diş həkiminin verdiyi rəydən sonra məlum olub.
 
Polis hadisənin təfərrüatlarını araşdırır.
 
Milli.Az