Dünya

Veteranlarla bağlı 12 mlrd-lıq qərar

Metbuat.az

Rusiya Federasiyasının baş naziri Dimitri Medvedev II Dünya Müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı sərəncam imzalayıb.



ANS PRESS-in məlumatına görə, sərəncama əsasən mayın 3-dən 12-dək Böyük Vətən Müharibəsi veteranları ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.



RF baş nazirinin sərəncamına əsasən bu məqsədlə dövlət büdcəsindən 12 milyard rubldan çox vəsait ayrılacaq. Bu məbləğin də çox hissəsi birdəfəlik ödəmələr üçün nəzərdə tutulub.



Dimitri Medvedev bildirib ki, mayın 3-dən 12-dək olan dövrdə nəqliyyatda xüsusi bir rejim olacaq. Baş nazir sərnişindaşıma nəqliyyat təşkilatlarının bu qərardan zərəçəkməməsi üçün bütün lazımi tapşırıqlar verib.



O bildirib ki, təşkilatların bütün zərərləri dövlət hesabına kompensasiya ediləcək: "Mən veteranlarımıza pulsuz ictimai nəqliyyatın istənilən növündən istifadə etməyə imkan verəcək yeni sərəncamı imzaladım. Aydındır ki, artıq yaşlılar, ahıllar hərəkət etməkdə çətinlik çəkirlər. Məhz buna görə, büdcədən 183,2 milyon rubl pul ayrılacaq".



Qeyd edək ki, qətnamədə veteranların həyat səviyyəsinin yaxşılaşdırılması və mənzillə təminatı kimi məsələlərdə öz əksini tapıb.

Mənbə
ANS PRESS