Dünya

Venesuela ABŞ-dakı səfirini geri çağırdı

Metbuat.az

Vaşinqtonun Venesuelanın 7 hökumət üzvünə qarşı sanksiyalar tətbiq etməsindən sonra rəsmi Karakas ABŞ-dakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın xarici işlər naziri özünün “Twitter”-dəki səhifəsində yazıb.

“Biz Maksimilian Arvelası təcili olaraq məsləhətləşmələr üçün geri çağırırıq”, XİN başçısı qeyd edib.

Bundan əvvəl Venesuela ABŞ-ın qərarına cavab verəcəyini bildirmişdi.