Digər
Vəfadan xanımlara saç maskası
Əməkdar artist Vəfa Zeynalova xanımlara maraqlı məsləhət verib.
Axşam.az-ın məlumatına görə, aktrisa “İncə+” verilişində hər zaman saçları üçün etdiyi maskanı bölüşüb:
“Bu maska saçları gözəlləşdirir, qalınlaşdırır, tökülmənin qarşısını alır. Axşam böyük soğanı ət maşınından keçirib, qara çörək qatın. Səhərə kimi saxlayın. İslanmış çörəyi və soğanı qarışdırın. Qatı məhlul alınacaq, onu saçın dibinə çəkib, papaq taxıb, 2 saat saxlayın. Su ilə yuyun, sabun, şampun vurmayın. Bu maskanı on gün edin. On gün aradan sonra, yenidən təkrarlayın. Başınızdan yeni tüklər çıxdığını görəcəksiniz”.