Digər
Milli.Az
Üzdən tanıdığı adama etibar etdi, peşman oldu
Bakıda oğurluq edən 19 yaşlı oğlan tutulub. Milli.Az
lent.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü
Əliyev Eldəniz Amil oğlu39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, fevralın 22-də Nizami küçəsi 80/84-ün qarşısında üzdən tanıdığı şəxs ona yaxınlaşaraq telefonunu istəyib. E.Əliyev telefonunu qısa danışıq üçün istəyən şəxsə verib. Lakin həmin şəxs “Blackberry” markalı telefonla danışa-danışa bir az uzaqlaşıb və aradan çıxıb.
Aparılan araşdırmalardan sonra telefonu oğurlayan şəxsin 1996-cı il təvəllüdlü
Feyzullayev Ellin Rafiq oğluolması müəyyən edilib və o saxlanılıb.
Milli.Az