Digər
Üstünə ağac düşən Oğuz sakini ölüb
[ 04 Mart 2015 12:47 ]
Bakı. Hafiz Heydərov – APA. Oğuz rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də Oğuz rayonunun Abrıx kəndinin meşə zolağında kənd sakini Qaya Xurşudovun kəsdiyi ağac üstünə düşüb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.