Ölkə

Uorlik yenə yazdı: "Təmas xəttindəki gərginlik münaqişənin nizamlanmasını pozur"

Metbuat.az

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini pozur.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, qeyd edib: "Dağlıq Qarabağda yenidən güc tətbiqi faciədir və atəşkəs rejimini pozur, eyni zamanda, tərəflərin bir-birini ittiham etməsi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə səyləri sarsıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az