Digər

Uorlik məhbuslardan danışıb

Metbuat.az

ABŞ tərəfləri beynəlxalq humanitar norma və prinsiplərin qorunmasına, Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinə həbs edilmiş şəxslərlə və məhbuslarla görüşmək üçün icazə verilməsinə çağırıb.



ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mətbuatına müsahibəsində bildirib.



O, Bakıda əsrlikdə olan Dağlıq Qarabağ vətəndaşı Arsen Baqdasaryanın məsələsi ilə bağlı danışaraq deyib ki, fransalı və rusiyalı həmsədrlərlə birlikdə biz Azərbaycanda olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin ona baş çəkməsi məsələsini qaldırdıq.



C.Uorlik "Azərbaycan həbsxanalarında erməni əsirin ölməsi ilə bağlı" suala cavabında söyləyib ki, ABŞ daim tərəfləri faktlar üzrə araşdırma aparmağa səsləyib. Ümid edirəm ki, humanitar təcrübə davam edəcək.



Onu da xatırlatmaq yerinə düşər ki, Dağlıq Qarabağda günahsız ittiham olunaraq həbs edilən Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev dəfələrlə ermənilərin işğəncələrinə məruz qalıb.



Mənbə
ANS PRESS