Ölkə

Uorlik: "Dağlıq Qarabağda zorakılığın bərpa olunması münaqişənin həllinə xələl gətirir"

Metbuat.az

Bakı. 20 mart. REPORT.AZ/ "

Dağlıq Qarabağ

da zorakılığın bərpa olunması faciədir və atəşkəs rejimini pozur. Tərəflər bir-birini ittiham edir, bu hərəkətlər isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə xələl gətirir. "Report" xəbər verir ki, bunu

ATƏT

-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 


Azərbaycan

Müdafiə Nazirliyi

nin mətbuat xidmətinin məlumatına əsasən, martın 19-da təmas xəttində silahlı toqquşma nəticəsində 20-yə yaxın erməni əsgəri öldürülüb və yaralanıb.