Ölkə

Ulu Öndərin əsasını qoyduğu qadın siyasəti uğurla həyata keçirilir

Metbuat.az

Biləsuvar, 6 mart, Mahir Babayev,

AZƏRTAC

Biləsuvarda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə rayon qadınlarının fəaliyyəti yüksək qiymətləndirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyi bildirilib, Prezident İlham Əliyevin bu günlərdə respublikamızın bir qrup qabaqcıl qadınını təltif etməsinin buna parlaq nümunə olduğu diqqətə çatdırılıb.


Çıxışlarda vurğulanıb ki, rayon əhalisinin 52 faizini qadınlar təşkil edir  və onlar icra, bələdiyyə, təhsil, səhiyyə və digər təşkilatlarda çalışır, rayonun sosial-iqtisadi həyatında fəallıq göstərirlər.


Tədbirdə Heydər Əliyev Fondunu prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, Biləsuvarda onun təşəbbüsü ilə reallaşan layihələr barədə də məlumat verilib, onun bütün qadınlar üçün örnək olan fəaliyyəti təqdir olunub.


Sonra rayonun siyasi-ictimai həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərman və hədiyyələr təqdim edilib.


Tədbir konsert proqramı ilə davam etdirilib.