Ölkə

“Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir

Metbuat.az

Bakı, 12 mart, Tərgül Ağayeva,

AZƏRTAC

Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin və Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.


Tədbirdə ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Bəxşəliyev bildirib ki, xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlər ümummilli lider Heydər Əliyevin şərəfli ömrünü tariximizin şanlı səhifəsinə çevirib, ona əbədiyaşarlıq hüququ qazandırıb.