Dünya

Ukraynaya böyük məbləğdə pul ayrıldı

Metbuat.az

Rusiyapərəst separatçıların Debaltsevoya hücumu zamanı 66 Ukrayna əsgəri həlak olub, 300-dən çoxu yaralanıb.



ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə İsveçin baş naziri Stefan Löfvénlə keçirdiyi birgə mətbuat konfransında bildirib.



Poroşenko qeyd edib ki, razılaşmaya baxmayaraq hələ də işğal edilmiş ərazilərdə xeyli ukraynalı əsir var.



Prezident İsveçin ikitərəfli əməkdaşlıq çərçivəsində 7 il ərzində Ukraynaya 175 milyon dollar ayıracağını qeyd edib. Stefan Löfvén isə ölkəsinin Ukraynanın şərqinə sülhməramlı missiya göndərməyə hazır olduğunu deyib.



O həmçinin bildirib ki, əgər Donbasda vəziyyət gərginləşsə, İsveç Rusiyaya qarşı sanksiyaların genişlənməsini dəstəkləyəcək.

Mənbə
ANS PRESS