Dünya

Ukraynada matəm elan olundu

Metbuat.az

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində baş verən faciə ilə əlaqədar 5 martı ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

Son məlumatlara görə, kömür mədənində baş verən partlayış nəticəsində 33 nəfər ölüb.

Xatırladaq ki, martın 4-də Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində metan qazı partlamışdı.