Dünya

Ukraynada matəm elan edilib

Metbuat.az

[ 05 Mart 2015 01:58 ]



Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində baş verən faciə ilə əlaqədar martın 5-i  ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

Son məlumatlara görə, kömür mədənində baş verən partlayış nəticəsində 33 nəfər ölüb.

Xatırladaq ki, martın 4-də Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində metan qazı partlamışdı.