Dünya

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya KİV-lərin akkreditasiyasını dayandırıb

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya KİV-lərin akkreditasiyasını dayandırıb. Bu barədə martın 5-də diplomatik şöbədən məlumat verilib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Ukrayna Rusiya KİV-lərinə akkreditasiyanın qadağan olunması barədə bəyanat səsləndirmişdi. Ukrayna Təhlükəsizlik Xidməti ölkənin dövlət orqanlarında 100-dən çox KİV-i akkreditasiyadan məhrum etməyi tövsiyə etmişdi.


Aralarında TASS informasiya agentliyinin də olduğu KİV-lərin siyahısı Ukrayna Ali Radasının aparatına göndərilib.


Artıq “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı rəsmi Kiyevin bu qərarını qınayıb. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə onu əsaslandırılmamış qərar adlandırıb.