Ölkə

Ukrayna vətəndaşı Siyəzəndə qəza törətdi - ölən var

Metbuat.az

Siyəzən şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Siyəzən şəhərində Ukrayna vətəndaşı Yuriy Zayets idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən rayon sakini Vüqar Ağamalıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.