Ukrayna parlamenti Donbasın xüsusi statusu barədə müzakirələrə başlayır
Bakı, 17 mart,
AZƏRTACMartın 17-də Ukrayna Ali Radası prezident Petr Poroşenko tərəfindən təklif olunan Donbasin bəzi rayonlarında xüsusi yerli özünüidarə qaydalarına dair qanun dəyişikliklərini müzakirə edəcək.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qanunda nəzərdə tutulan status hazırda qondarma Donetsk və Luqansk “respublikalarının” nəzarətində olan şəhər və qəsəbələrə aiddir.
Radanın deputatları təmas xəttinin haradan keçdiyini və rəsmi Kiyev tərəfindən hansı yaşayış məntəqələrinin xüsusi hüquq və statuslu rayonlar hesab olunduğunu müəyyən etməlidir.
Ukrayna tərəfi bu rayonların siyahısını hələ keçən həftə formalaşdırmalı idi. Kiyev təmas xəttini 2014-cü il sentyabrın 19-na olan vəziyyətə görə təyin etməyi təklif edir. Bu halda siyahıya, məsələn, “normand dördlüyünün” fevral görüşünün fonunda ağır döyüşlərin getdiyi Debaltseva şəhəri düşmür.