İdman

UEFA Gürcüstana qarşı sərt sanksiyalar tətbiq edə bilər

Metbuat.az

Tbilisi, 31 mart,

AZƏRTAC

UEFA-nın intizam komitəsi Gürcüstana qarşı ciddi sanksiyalar tətbiq edə bilər. Hazırda komitə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 29-da Tbilisidə Gürcüstan və Almaniya milli komandaları arasında keçirilmiş oyun zamanı baş vermiş hadisəni araşdırır. Həmin qarşılaşma zamanı gürcü tamaşaçılardan 7-si meydançaya daxil olaraq oyunun keçirilməsinə maneə olub.


Gürcüstan Futbol Federasiyasının prezidenti Domenti Siçinava deyib ki, gürcü tamaşaçıların meydançaya çıxaraq oyuna maneə olmaları UEFA-da ciddi narazılığa səbəb olub. Komitə Gürcüstan millisinin Şotlandiya yığması ilə oyununun azarkeşsiz keçirilməsi barədə qərar qəbul edə bilər. Bununla yanaşı, böyük miqdarda pul cəriməsi də kəsilə bilər.


“Federasiya Gürcüstan-Almaniya qarşılaşması zamanı baş verənlərin daha dərindən araşdırılması ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət edib”, - deyə Siçinava vurğulayıb.



Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri,
Tbilisi