Digər

Ucarda ev yanıb

Metbuat.az

Ucar şəhərinin Oğuz küçəsi 16 ünvanındakı evdə tək yaşayan

Rasim Babayev

ə məxsus 1-mərtəbəli 4-otaqlı tikilidə yanğın olub.



Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki,  ümumi sahəsi 169 kvadratmetr olan evin 103 kvadratmetri tamamilə yanıb. Bu zaman Rasim Babayev evdə olmadığından yanğınsöndürənlərə qonşular xəbər veriblər. Hadisə yerinə gələn Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovun ətrafdakı tikilillərə keçməsinin qarşısını alıblar. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanmadır. Ölən və xəsarət alanların olmadığı bildirilir. Hadisənin dəqiq səbəbləri araşdırılır.



Milli.Az