Ölkə

Ucarda 11 min 671 hektar sahədə taxıl əkilib

Metbuat.az

Ucar, 28 mart,

AZƏRTAC

Yazın gəlişi Ucar taxılçılarının da qayğısını xeyli artırıb. Hazırda rayonda sahələrə yemləmə gübrəsi verilir.


Rayon icra hakimiyyətindən

AZƏRTAC

-a bildiriblər ki, cari ilin məhsulu üçün 11 min 671 hektarda taxıl əkilib. Sahələrə bol məhsul üçün zəruri olan azot gübrəsi verilir. Artıq qısa vaxtda 1300 hektar sahənin gübrələnməsi başa çatdırılıb.


Qeyd edək ki, azot gübrəsi taxılçılara 70 faiz güzəştli qiymətə satılır.