Ölkə
Ucar sakini traktorun altında qalaraq ölüb
Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/
Ucar rayonunda qəza hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ucar rayonunun Bərgüşad kəndində kənd sakini Şaiq Orucov idarə etdiyi "T-82" markalı qoşqusu olan traktoru arxaya verərkən həmkəndlisi Eyvaz Həmidov qoşqunun altında qalıb. Xəstəxanaya yerləşdirilmiş E.Həmidov orada ölüb.
Faktla əlaqədar Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az