Ölkə
Ucar rayonunda yonca səpini başa çatıb
Ucar, 27 mart,
AZƏRTACUcar rayonunda yonca səpini müvəffəqiyyətlə başa çatıb.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hava şəraitinin törətdiyi çətinliyə baxmayraq qısa vaxtda nəzərdə tutulan 1200 hektarda yonca səpini aparılıb. Yonca səpilən yeni ərazilər bölgədə mövcud mal-qaranın yemə olan ehtiyacının 15 faizini ödəməyə imkan verəcək. Yonca əsasən Qarabörk, Qaradağlı, Əlikənd, Məlikballı, Bağman kəndlərinə məxsus ərazilərdə əkilib.
Qeyd edək ki, heyvandarlıq Ucarda iqtisadiyyatın aparıcı sahələrindəndir. Burada 11 min hektarda köhnə yonca sahələri vardır ki, bu da tələbatı heç də tam ödəmirdi. Yeni əkilən yoncalıqlar bu sahədəki çətinliyi tamamilə aradan qaldıracaq.