Dünya

Üç polisi SMS-ə görə qovdular

Metbuat.az
Ceyson Holdinq, Ceyms Vells

Kristofer Sousa

yazışmalarında afroamerikan əsilli həmkarlarına qarşı irqçi ifadələr işlədiblər. Onların bu əməlini isə polislərdən birinin nişanlısı ortaya çıxarıb. Qız polis departamentinə şikayət edib.



Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərində baş verən bu olaya görə hər üç polis zabiti vəzifəsindən kənarlaşdırılıb.



CNN bildirir ki, polislər afroamerikan həmkarlarının qrammatik səhvlərinə, onların xarici görünüşlərinə və əmək etikalarına lağ edirmişlər.



Dördüncü zabit -

Aleks Alvares

isə ABŞ prezidenti Barak Obama haqda təhqiramiz ifadələr işlədərək bunu videoya çəkib. Ancaq istintaqın başa  çatmasını gözləməyərək özü istefa verib.



"İstintaq onların hərəkətində kriminal bir şey aşkarlamadı. Ancaq dörd zabitin hərəkəti yolverilməz idi və Fort-Loderdeylin polis departamentində bu cür davranış göstərən şəxslərə yer yoxdur", - şəhərin polis idarəsinin başçısı

Franklin Adderli

deyib.



CNN həmçinin bildirir ki, bu zabitlər əsasən afroamerikanların yaşadıqları məhəllələrdə işləyirlərmiş.



Milli.Az