Dünya
Türkiyənin keçmiş Milli Təhlükəsizlik Təşkilatı Müstəşarı yenidən eyni vəzifəyə təyin edilib
[ 09 Mart 2015 23:18 ]
Bakı-APA. Türkiyənin baş naziri Ədməd Davudoğlu Hakan Fidanı yenidən Milli Təhlükəsizlik Təşkilatında Müstəşar təyin edib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazirin müavini və hökumətin sözçüsü Bülent Arınç deyib.
B. Arınç bildirib ki, baş nazir Hakan Fidanı təkrarən Milli İstihbarat Təşkilatında (Milli Təhlükəsizlik Təşkilatı) vəzifəyə təyin edib, o, yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacaq”.
Qeyd edək ki, H. Fidan millət vəkili seçkilərində iştirak etmək üçün AKP-dən namizəd olmaq üçün müraciət edib. Bu gün isə o, namizədl olmaqdan imtina etməsi barədə açıqlama yayıb.