Türkiyənin hüdudlarından kənarda olan vətəndaşların səsvermə hüququ təmin ediləcək
İstanbul , 23 mart,
AZƏRTACTürkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə xarici ölkələrdə yaşayan, işləyən və səfərdə olan Türkiyə vətəndaşlarının iştirakının təmin edilməsi məqsədi ilə tədbirlər planı hazırlanıb.
Ali Seçki Komissiyasının məlumatına görə, Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsulluq qeydiyyatında olan 8 min nəfər mayın 8-dən 31-dək təmsil olunduqları ölkədə səs verə biləcəklər. Xarici ölkələrdə təşkil olunmuş məntəqələrdə səsvermədə iştirak etmək istəyənlər üçün qeydiyyat isə martın 27-dək davam edəcək.
Bundan əlavə, mayın 8-dən seçki gününə qədər ölkənin bütün sərhəd-gömrük məntəqələrində səsvermə komissiyaları fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə 25-ci parlament seçkiləri keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul