Dünya

Türkiyəli müğənni 14 illik sevgilisini boşadı

Metbuat.az
15 aylıq körpənin qəyyumluğu anaya verilib

Türkiyənin tanınmış müğənnisi

Teoman

ailə həyatına son qoyub.



Anspress

-in məlumatına görə, Teoman iki illik həyat yoldaşı

Aişə Kaya

dan rəsmi olaraq ayrılıb.



12 illik sevgili həyatından sonra iki il əvvəl ailə həyatı qurmağa qərar verən cütlüyün qarşılıqlı razılıqla ayrıldığı, 15 aylıq Zeyno adlı körpənin qəyyumluğunun isə anaya verildiyi bildirilir.



Məhkəmə iki həftə əvvəl edilən müraciətə baxıb və tərəflərin də heç bir məcburiyyət olmadan razılığa gəldiyini nəzərə alaraq rəsmi olaraq boşanma qərarı verilib. Həmçinin məhkəmə qərarına əsasən, müğənni hər ay uşaq üçün min lirə (400 azn) aliment ödəməli olacaq.



Xatırladaq ki, Teoman 12 il bir yerdə yaşadığı Aişə Kaya ilə 2012-ci il dekabrın 31-də ailə həyatı qurmuşdu.



Milli.Az