İdman

Türkiyəli hakim Azərbaycan – Malta oyununa start verib

Metbuat.az

Bakı, 28 mart, Səxavət Quliyev,

AZƏRTAC

 


Martın 28-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Malta yığmasını qəbul edir.


AZƏRTAC

xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı türkiyəli baş hakimi Halis Özkahya idarə edir. Ona həmyerliləri Cem Satman, Ekrem Kan və Kemal Yılmaz kömək edirlər.


Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Arif Daşdəmirov, Rəşad Sadıxov, Bədəvi Hüseynov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Namiq Ələsgərov, Vüqar Nadirov və Əfran İsmayılov yer alıb. Malta yığmasının ilk onbirliyində meydana Endryu Hoqq, Conatan Karuana, Stiv Bezzina, Stiv Broq, Andre Aqius, Poderik Briffa, Rouen Muskat, Andre Şembri, Pol Feneç, Rayan Kamileri və Alfred Effionq çıxıblar.


Görüşün hakim-inspektoru Covanni Boloqnino (İtaliya), UEFA nümayəndəsi Darius Pavel Dziekanovskidir (Polşa).