Digər
Türkiyədə əxlaqsızlıq edən 4 azərbaycanlı qadın tutulub
Türkiyənin Ədirnə vilayətinin Keşan qəsəbəsində fahişəlikdə və əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən 8 nəfər tutulub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, saxlanılanlardan 4-ü qadındır. Polisin keçirdiyi əməliyyat nəticəsində Keşan - İstanbul yolundakı bir restoranda əxlaqsızlıq yuvası aşkarlanıb. Burada fahişəlik edən azərbaycanlı M.K, G.G.B, A.B, N.D. adlı qadınlar, restoranın sahibləri tutulublar.
Restorandan bir ədəd tapança da tapılıb. Azərbaycanlı qadınlar izahat verdikdən sonra deportasiya ediləcəklər. Əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində isə həbs-qətimkan tədbiri seçilib.