Dünya

Türkiyədə dəhşətli qəza: 12 ölü - FOTO

Metbuat.az

Türkiyənin cənub-şərqində baş verən ağır yol qəzası nəticəsində 12 nəfər ölüb.

 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şanlıurfa - Ağcaqala yolunda qeydə alınıb.
 
Məlumata əsasən, yolda minik avtomobili, sərnişin mikroavtobusu və beton qarışdıran maşın toqquşub. Ölənlər arasında azyaşlıların da olduğu bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Milli.Az