Dünya

Türkiyədə bir milyon dollarlıq əskinas müsadirə edildi

Metbuat.az

Türkiyənin Manisa vilayətində məhdud sayda və sertifikatla buraxılan bir milyon dollarlıq banknot müsadirə edilib.



Bu barədə

Trend

Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.



Məlumata əsasən, bir milyon dollarlıq banknotu saxlayan iki nəfər həbs olunub.



Hazırda banknotun hansı yollarla Türkiyəyə gətirildiyi araşdırılır.



Milli.Az