Dünya

Türkiyədə baş verən ağır yol qəzasında 12 nəfər ölüb

Metbuat.az

[ 29 Mart 2015 20:29 ]


Bakı-APA. Türkiyənin cənub-şərqində baş verən ağır yol qəzası nəticəsində 12 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şanlıurfa - Ağcaqala yolunda qeydə alınıb.

Məlumata əsasən, yolda minik avtomobili, sərnişin mikroavtobusu və beton qarışdıran maşın toqquşub. Ölənlər arasında azyaşlıların da olduğu bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.