Dünya

Türkiyədə 3 nazir istefaya getdi

Metbuat.az

Türkiyədə 3 nazir Konstitusiyanın tələbinə əsasən, parlament seçkilərinə 3 ay qalmış vəzifədən gedib.



APA

-nın xəbərinə görə, daxili işlər naziri

Əfqan Ala

, ədliyyə naziri

Bəkir Bozdağ

və nəqliyyat, dənizçilik, kommunikasiya naziri

Lütfi Əlvan

vəzifələrindən istefa veriblər.



Ə.Alanın yerinə DİN-in aparat rəhbəri

Səbahəddin Öztürk

, B. Bozdağın yerinə Ədliyyə Nazirliyinin aparat rəhbəri

Kənan İpək

, L. Əlvanın yerinə isə Nəqliyyat, Dənizçilik, Kommunikasiya Nazirliyinin aparat rəhbəri

Feridun Bilgin

müvəqqəti olaraq nazir təyin olunublar.



Qeyd edək ki, Türkiyə Konstitusiyasının 114-cü maddəsinə əsasən, parlament seçkilərinə 3 ay qalmış daxili işlər, ədliyyə və nəqliyyat-kommunikasiya nazirləri vəzifədən getməli və seçkilərdən sonra yeni hökumət qurulana qədər bu vəzifələri bitərəf dövlət məmurları tutmalıdır.



Türkiyədə iyunun 7-də növbəti parlament seçkiləri keçiriləcək.



Milli.Az