Dünya

Türkiyə hərbi təyyarəsi qəzaya uğrayıb

Metbuat.az

[ 05 Mart 2015 12:51 ]


Bakı – APA. Türkiyə Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 09.50-də baş verib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əskişəhərdən təlim uçuşu keçirmək üçün havaya qalxan “F4 E 2020” təyyarəsinin Konya ərazisində naməlum səbəbdən qəzaya uğradığını açıqlayıb. Nəticədə 2 pilot həlak olub. Olayın səbəbləri araşdırılır.